İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatı (OECD) 7 oktyabr 2025-ci il tarixində müəllim və məktəb rəhbərləri üzrə beynəlxalq sorğu – TALIS (Teaching and Learning International Survey) nəticələrini açıqlayacaq.
“Tehsil365” xəbər verir ki, TALIS sorğusu ümumi təhsildə çalışan müəllimlərin peşəkar inkişafı, iş şəraiti, pedaqoji yanaşmaları və məktəb rəhbərliyi ilə əlaqələrini qiymətləndirmək məqsədi daşıyır. Bu məlumatlar iştirakçı ölkələrdə təhsil siyasətinin formalaşmasında mühüm rol oynayır.
OECD-nin rəsmi saytında yayımlanan məlumatda bildirilir ki, bu ilki sorğuda 45-dən çox ölkə iştirak edib və nəticələr təhsil sistemləri üzrə qlobal müqayisələr aparmağa imkan verəcək.