Hollivudda yeni təqdim olunan süni intellekt əsasında yaradılmış “aktrisa” Tilly Norwood böyük mübahisələrə səbəb olub.
“Tehsil365” xəbər verir ki, bu barədə xarici media məlumat verib.
Onu istehsal edən Xicoia şirkəti Tilly-ni “süni aktyor” kimi tanıtsa da, SAG-AFTRA aktyorlar ittifaqı və tanınmış simalar bu addımı kəskin tənqid ediblər.
Birlik bildirir ki, yaradıcılıq yalnız insan mərkəzli qalmalıdır və AI modellərinin real aktyorların performanslarından icazəsiz istifadə etməsi qeyri-etikdir. Emily Blunt və Şhoopi Goldberg kimi məşhurlar da etiraz edərək süni aktyorların sənayeni təhlükə altına sala biləcəyini deyiblər.
Şirkət isə Tilly Norşood-un insanları əvəz etmək üçün yox, “yaradıcılıqda yeni fırça” kimi istifadə oluna biləcəyini iddia edir. Lakin Hollivud ictimaiyyəti bu addımın gələcəkdə real aktyorların iş imkanlarını məhdudlaşdıra biləcəyindən narahatdır.