5 oktyabr – Beynəlxalq Müəllimlər Günü münasibətilə 147 nömrəli Texniki - humanitar Liseyində təntənəli tədbir keçirilib.
“Tehsil365” xəbər verir ki, liseyin direktoru Vüsalə Babayeva və riyaziyyat müəllimi Südabə Süleymanova Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi və Bakı şəhəri Təhsil İdarəsi tərəfindən fərqlənmə mükafatına layiq görülüblər. Bu mükafatlar liseyin pedaqoji kollektivinə göstərilən etimadın və dəyərin təcəssümüdür.