Sabirabad rayonu Qalaqayın kənd tam orta məktəbində aparılan əsaslı təmir və yenidənqurma işləri başa çatıb. Müasir tələblərə cavab verən şərait yaradılan məktəb binası artıq şagirdlərin ixtiyarına verilib.
“Tehsil365” xəbər verir ki,yenilənmiş təhsil ocağında sinif otaqları, laboratoriyalar, fənn kabinetləri, kitabxana və idman zalı tam şəkildə təchiz olunub. Məktəbin binasında istilik sistemi yenilənib, enerji səmərəliliyi artırılıb və təhlükəsizlik standartlarına uyğunlaşdırılmış mühit formalaşdırılıb.
Bu yeniliklər Qalaqayın kəndində təhsil prosesinin keyfiyyətinin yüksəldilməsinə, şagirdlərin daha əlverişli şəraitdə təhsil almasına mühüm töhfə verəcək.