Oktyabrın 1-dən atletika, basketbol və badminton idman növləri üzrə “Məktəblilər arasında respublika çempionatı”na start verilib.
Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyindən “Tehsil365”ə məlumat verilib ki, yarış Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyi, Azərbaycan Atletika Federasiyası, Azərbaycan Basketbol Federasiyası və Azərbaycan Badminton Federasiyasının birgə təşkilatçılığı ilə keçirilir.
Çempionat atletika və badminton üzrə 2014–2015-ci il, basketbol üzrə isə 2015–2016-cı il təvəllüdlü məktəblilər arasında təşkil olunub. Yarışın məqsədi şagirdlər arasında bədən tərbiyəsi və idmanın kütləviləşdirilməsi, fiziki tərbiyə fənninin tədrisinin təkmilləşdirilməsi və sağlam həyat tərzinin təşviqidir.