Britaniyada naməlum şəxslər müsəlman ibadətgahına yanğın törədib.
“Tehsil365” '“Az.shafaqna.com”a istinadən xəbər verir ki, hadisə İngiltərənin cənubunda baş verib. Yanğın nəticəsində məscidin əsas giriş hissəsi və yaxınlıqda park edilmiş avtomobilə ziyan dəyib.
Xoşbəxtlikdən, insident zamanı heç kəs xəsarət almayıb. Polis hadisəni nifrət zəminində törədilən cinayət kimi qiymətləndirir və məsələ ilə bağlı araşdırma aparır.
Hadisə yerli icma arasında narahatlıq yaradıb və müsəlman icması təhlükəsizlik tədbirlərinin artırılmasını tələb edib.

