İndoneziyada İslam təmayüllü internat tipli məktəbin uçması nəticəsində ölən şagirdlərin sayı 52-yə çatıb.
“Tehsil365” "Detik"ə istinadən xəbər verir ki,“Hüquq-mühafizə orqanlarının əməkdaşları məktəbin qalıqları altından daha yeddi meyit çıxarıblar. Beləliklə, ölənlərin sayı 52-yə çatıb”, – məlumatda qeyd edilib.
Daha əvvəl, 36 nəfərin həlak olduğu bildirilirdi.

