Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Ramin Məmmədov Amerika Birləşmiş Ştatlarına səfəri çərçivəsində Yuta Senatının prezidenti Adam Stüart ilə görüş keçirib.
“Tehsil365” “Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi”nə istinadən xəbər verir ki, görüş zamanı Azərbaycan və ABŞ arasında münasibətlərin keyfiyyətcə yeni mərhələyə qədəm qoyduğu vurğulanıb. Bildirilib ki, bu il avqustun 8-də Vaşinqtonda Azərbaycan, ABŞ və Ermənistan rəhbərləri tərəfindən imzalanan Birgə Bəyannamə sülh prosesində tarixi dönüş nöqtəsidir.
Tərəflər bu sənədin dinlərarası harmoniya, tolerantlıq və birgəyaşayış ənənələrinin daha da möhkəmlənməsinə mühüm töhfə verəcəyinə əminlik ifadə ediblər.

