Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Ramin Məmmədov Amerika Birləşmiş Ştatlarına səfəri çərçivəsində İsa Məsihin Sonuncu Gün Müqəddəsləri Kilsəsinin “On iki Həvari Kvorumu”nun üzvü Deyvid Bednar ilə görüşüb.
“Tehsil365” “Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi”nə istinadən xəbər verir ki, görüşdə Azərbaycan və ABŞ arasında dini sahədə əməkdaşlığın inkişafı istiqamətində fikir mübadiləsi aparılıb. Ramin Məmmədov bildirib ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə bütün dini icmalara dövlət tərəfindən həm maddi, həm də mənəvi dəstək göstərilir.
Komitə sədri qeyd edib ki, Azərbaycanda dini siyasətin əsas məqsədi müxtəlif dinlər arasında qarşılıqlı anlaşmanın, həmrəyliyin və mənəvi dəyərlərin qorunmasıdır.

