Rusiyanın Zabaykal diyarında Kalar dairəsində yeni məscid istifadəyə verilib. Məscid yerli müsəlmanların ibadət ehtiyaclarını qarşılamaq məqsədilə inşa edilib.
“Tehsil365” “Az.shafaqna.com”a istinadən xəbər verir ki, açılış mərasimi Qurani-Kərim tilavəti ilə başlayıb və dini mərasim çərçivəsində iştirakçılar məscidin əhəmiyyətini vurğulayıblar.
Qeyd edək ki, bu, adıçəkilən diyarda mövcud olan sayca ikinci məsciddir və yerli müsəlman icması üçün həm ibadət, həm də sosial fəaliyyət mərkəzi rolunu oynayacaq.

