Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Ramin Məmmədov Amerika Birləşmiş Ştatlarına səfəri çərçivəsində bir sıra görüşlər keçirib. Görüşlərdə dövlət-din münasibətləri və dini sahədə əməkdaşlıq imkanları müzakirə olunub.
“Tehsil365” “Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi”nə istinadən xəbər verir ki, səfər zamanı Ramin Məmmədov Kem C. Qardner adına Siyasət İnstitutunun direktoru Natali Qoçnur, İsa Məsihin Sonuncu Gün Müqəddəsləri Kilsəsinin Təhsil üzrə İdarə Heyətinin katibi Kelli Hos, Kilsənin Xeyriyyəçilik Mərkəzinin direktoru Şeron Yubenk və Yuta Dünya Ticarət Mərkəzinin icraçı direktoru Conatan Fridmanla görüşüb. Görüşlərdə Azərbaycandakı dövlət-din münasibətləri, eləcə də dini təhsil və humanitar sahələrdə əməkdaşlıq imkanları barədə geniş məlumat verilib.
Tərəflər gələcək əməkdaşlıq istiqamətlərini müzakirə edib, qarşılıqlı təcrübə mübadiləsinin və əlaqələrin möhkəmləndirilməsinin əhəmiyyətini vurğulayıblar.

