Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Ramin Məmmədov Amerika Birləşmiş Ştatlarında keçirilən “İnkişaf üçün yolların qurulması: Dini etiqad azadlığının regional, milli və beynəlxalq mühafizəsi” mövzusunda 32-ci Beynəlxalq Hüquq və Din Simpoziumunda çıxış edib.
“Tehsil365” “Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi”nə istinadən xəbər verir ki, Ramin Məmmədov çıxışında Azərbaycanda dini etiqad azadlığı, multikultural dəyərlərin təşviqində cəmiyyətin rolu və dövlət siyasətinin qarşılıqlı əlaqəsindən danışıb. O vurğulayıb ki, Azərbaycanda din dövlətdən ayrı olsa da, dövlət bütün dini icmalara hörmət və həssaslıqla yanaşır.
Komitə sədri qeyd edib ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən siyasət nəticəsində ölkədə məscidlər, kilsələr və sinaqoqların bərpası, yeni ibadət məkanlarının inşası dövlət tərəfindən dəstəklənir.

