Paytaxtdakı 144 nömrəli tam orta ümumtəhsil məktəbində maraqlı təşəbbüs gerçəkləşib. Məktəb rəhbərliyinin təşəbbüsü ilə müəllimlər üçün QR kitabxana yaradılıb.
“Tehsil365” “muallim.edu.az”a istinadən xəbər verir ki, layihə sayəsində müəllimlər müxtəlif tədris materiallarına və elektron kitablara mobil cihazları vasitəsilə rahat şəkildə daxil ola biləcəklər.
Bu təşəbbüs təhsildə innovativ yanaşmanın tətbiqi və müəllimlərin işini asanlaşdırmaq məqsədi daşıyır.

