Bu gün Mənəvi Dəyərlərin Təbliği Fondunun fəaliyyətə başlamasından 8 il keçir. Fond Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 10 oktyabr 2017-ci il tarixli Fərmanı ilə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin tabeliyində təsis edilib.
“Tehsil365” “Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi”nə istinadən xəbər verir ki, mənəvi Dəyərlərin Təbliği Fondu ölkəmizdə mövcud dini konfessiyaların fəaliyyətinin dəstəklənməsi, mənəvi dəyərlərin qorunması və inkişafı, eləcə də bu sahəyə dövlət dəstəyinin gücləndirilməsi məqsədilə yaradılıb.
Bu illər ərzində Fond cəmiyyətin mənəvi-mədəni inkişafına, milli həmrəyliyin möhkəmlənməsinə və gənclərin sağlam düşüncə ruhunda tərbiyəsinə yönəlmiş çoxsaylı layihələr həyata keçirib.
Fondun dəyərli kollektivini bu əlamətdar gün münasibətilə təbrik edir, gələcək fəaliyyətlərində uğurlar arzulayırıq.

