Təhsil 365 - Logo Mobile

Mədrəsə tək çıxış yolu oldu: "Taliban qızların təhsil ümidini dini dərslərlə əvəz edir"

7111.10.2025 - 13:30
Mədrəsə tək çıxış yolu oldu: "Taliban qızların təhsil ümidini dini dərslərlə əvəz edir"

Taliban 2021-ci ilin avqustunda Əfqanıstanda hakimiyyətə qayıdanda, 24 yaşlı Nahid iqtisadiyyat üzrə təhsilinin ortasında idi. O, məzun olduqdan sonra universitetdə işləməyi arzulayırdı.

Tehsil365” “The Guardian”a istinadən xəbər verir ki, indi isə Nahid hər səhər Herat şəhərinin qərbindəki bir məscidin zirzəmisində yerləşən dini məktəbdə, başdan-ayağa qara geyinmiş 50 qadın və qızla birlikdə müqəddəs kitab oxuyur.

O, Talibanın “qadınların fikirlərini dəyişdirməyə çalışdığını” anlayır, amma deyir ki, “evdən çıxıb depressiya ilə mübarizə aparmağın yeganə yolu budur”. Hər ay aldığı 1000 əfqanı (təxminən 11 funt sterlinq) məbləğində təşviq də ona kömək edir.

Nahidin hekayəsi tək deyil. Guardian və Zan Times-ın Əfqanıstanın 34 əyalətindən 8-də apardığı araşdırma Talibanın dini elmləri ölkədə qadınlar və qızlar üçün yeganə təhsil variantına çevirmək istiqamətində məqsədyönlü və planlı fəaliyyətini üzə çıxarıb.

Dörd il əvvəl qadın və qızları orta məktəb və ali təhsildən uzaqlaşdırdıqdan sonra rejim indi yeni “alternativ” kimi dini məktəblər şəbəkəsini genişləndirir.

Hesabatlara görə, ötən ilin sonuna qədər Əfqanıstanda 21 mindən çox İslam dini məktəbi — mədrəsə fəaliyyət göstərirdi. 2024-cü ilin sentyabrından 2025-ci ilin fevralına qədər Taliban 11 əyalətdə 50-yə yaxın yeni mədrəsə tikib və ya onların təməlini qoyub.

Məktəbləri məscidlərdə və ya evlərdə mollalar idarə edir və bunun üçün Təhsil Nazirliyindən maaş alırlar. Nazirlik 21 300 keçmiş mədrəsə tələbəsinə ali, bakalavr və hətta aspirantura səviyyəsində dərs deməyə imkan verən tədris sertifikatları təqdim edib.

Qızların orta təhsildən uzaqlaşdırılması və ailələrin, xüsusən qız uşaqlarını dini məktəblərə göndərməyə məcbur edilməsi alternativ imkanları xeyli azaldıb. Mollalar da sinifləri doldurmağa həvəslidirlər, çünki daha çox şagird daha yüksək maaş deməkdir. Onlar həm icma liderləri, həm də yardım kanalları kimi insanların gündəlik həyatında böyük nüfuza malikdirlər.

Cənub-qərbdəki Nimroz vilayətindən olan Kərimə yerli mollanın tələbi ilə iki qızını məktəbdən çıxarıb. “Onları onun sinfinə göndərsəm, bizə ərzaq yardımı ediləcəyini söylədi,” – deyir. “Amma sonda heç nə olmadı.”

Başqa bir ana, Nəsrin isə bildirir ki, ona belə deyilib: “Qızlarınızı dini dərslərimizə göndərin, yoxsa heç nə ala bilməyəcəksiniz”.

Nəticədə icma normaları yavaş-yavaş yenidən formalaşır. Müqavimət göstərən ailələr təcrid və aclıqla üzləşir, itaət edənlər isə qızlarının evə qayıtdıqdan sonra bəzən valideynlərini “kafir” adlandırdıqlarını görürlər. Hətta bəzi iş imkanları da yalnız dini dərslərə qatılan qızların ailələrinə verilir.

Açıq qalan qız məktəblərində vəziyyət dəyişib. Siniflər kiçilib. Nimrozda bir müəllim deyir ki, bu il onun 57 şagirdi mədrəsəyə gedib. “Əvvəllər hər sinifdə 40 şagirddən ibarət dörd qrupumuz vardı, indi isə cəmi 20-25 şagird olan üç qrup qalıb.”

Qalanlar da çox vaxt həm məktəbə, həm mədrəsəyə gedirlər: səhərlər mədrəsədə, günortalar isə məktəbdə olurlar — təzyiqlər artdıqca isə dünyəvi təhsili tam tərk edirlər.

Bu arada ali təhsilli və təcrübəli müəllimlərin dərs deməsinə qadağa qoyulub. Onların yerinə çox vaxt təhsilsiz, lakin ideoloji baxımdan sadiq keçmiş mədrəsə şagirdləri təyin olunur.

Qərbi Fərəh əyalətində bir məktəb direktoru beş ixtisaslı müəllimin işdən çıxarıldığını xatırlayır. Onların yerinə biri təyin olunub ki, o, səlis oxumaqda çətinlik çəkirdi. Direktor deyir ki, bu şəxsin yeganə üstünlüyü məmurlarla əlaqəsi və dini məktəbdən aldığı sertifikat idi.

Mədrəsələrin tədris proqramı çox məhduddur: Quranın əzbərlənməsi, Talibanın İslam qanunlarına dair şərhləri, gender rolları, geyim və davranış qaydaları. Riyaziyyat və elmi fənlər tədris edilmir.

Dərsliklər Pakistandan gətirilir və Talibanın mənsub olduğu etnik qrupun dili olan puştu dilində çap olunur. Bu, hətta Dari dilli bölgələrdə də tətbiq olunur və bir çox uşaq dərsləri başa düşməkdə çətinlik çəkir.

Fəallar deyirlər ki, beynəlxalq yardımlar da bəzən mədrəsələrin xeyrinə yönəldilir. Məsələn, UNICEF tərəfindən dövlət məktəblərinə bağışlanan dəftərxana ləvazimatlarının molla siniflərinə verildiyi hallar olub. Bir müəllimin sözlərinə görə, məktəbin gözətçisinə oğurluğu “səhv” kimi qeyd etmək tapşırılıb.

Mədrəsələrin genişlənməsi Əfqanıstanın əmək bazarını da dəyişir. İllərlə təhsil almış dövlət qulluqçularının yerinə sadəcə mədrəsə sertifikatı olan yeniyetmələr təyin olunur. Nimrozda bir fəal bakalavr dərəcəsi və 20 illik təcrübəsi olan bir qadının işdən çıxarılaraq yerinə 17 yaşlı mədrəsə məzununun gətirildiyini xatırlayır. “İndi hamı anlayır: iş istəyirsənsə, universiteti unut, mədrəsəyə get.”

Mesaj artıq cəmiyyətə yayılıb. Müsahibələrdə iştirak edən qızlar həkim və mühəndis olmaq arzularından imtina etdiklərini deyirlər. İndi onlar mədrəsə sertifikatlarını daha təhlükəsiz və getdikcə daha vacib bir ixtisas kimi görürlər.

Mədrəsə şagirdi olmağa məcbur qalan iqtisadiyyat tələbəsi Nahid üçün bu vəziyyət paradoksaldır. Dərslər onu təcriddən və depressiyadan qurtarır, amma yalnız rədd etdiyi ideologiya çərçivəsində. “Evdə qalsam, ağlımı itirəcəyəm,” – deyir. “Gedəcəyəmsə, heç olmasa başqa qadınları görürəm”.

Elnarə İslamova

News Feed

Məktəbəqədər və ümumi təhsil üzrə ictimai dinləmə keçirilib31.10.2025 - 17:30
Mədəniyyət Nazirliyində Türkmənistan nümayəndə heyəti ilə görüş keçirilib13.10.2025 - 13:20
Məktəblərdə ilkin tibbi yardım: Onlar kimə və necə öyrədilməlidir?05.10.2025 - 13:33
A teacher who made her students’ dreams come true: an inspiring step from Baliton village21.09.2025 - 08:40
Beynəlxalq Təhsil İcmalı - Sentyabr 202519.09.2025 - 16:20
Erkən yaşda xarici dil öyrənmənin faydaları17.09.2025 - 17:39
Çində təhsil alacaq BMU tələbələri Pekində09.09.2025 - 06:40
Məktəbəqədər uşaqların təbiətlə təmasda olması- açıq havada öyrənmənin faydaları05.09.2025 - 11:10
How accessible is entrepreneurship for students?04.09.2025 - 19:17
Winners of the "R.M. 90" programming contest awarded within the framework of the ICPC World Final04.09.2025 - 19:02
The role of industrial training in developing students’ practical skills04.09.2025 - 18:47
Employment opportunities for youth in the agricultural sector04.09.2025 - 18:32
The human brain produces enough energy to power a small light bulb04.09.2025 - 18:15
Azerbaijani cinema is represented with an Oscar-Nominated Film04.09.2025 - 18:00
Meeting with the German religious delegation at the State Committee04.09.2025 - 17:40
The benefits of temporary jobs for students04.09.2025 - 17:20
It was investigated that applicants engaged in sports have a strong memory02.09.2025 - 18:47
The historic al-Nuri Mosque in Mosul reopens after 8 years02.09.2025 - 18:28
Psychological support programs improved students’ performance02.09.2025 - 18:16
Research shows that students who maintain a regular sleep schedule are more productive02.09.2025 - 18:03
The anniversary of Uzeyir Hajibeyov, a great figure of Azerbaijani music has been celebrated02.09.2025 - 18:00
Festivals and exhibitions play an important role in personal development02.09.2025 - 17:45
Expansion of the dual education program through Azerbaijan–Germany cooperation02.09.2025 - 17:30
The main causes of aggression in adolescents and ways of prevention02.09.2025 - 17:15
University graduates’ entry into the job market30.08.2025 - 19:38
Shahmar Akbarzade – A distinguished figure of our national poetry30.08.2025 - 19:24
Which is better: a public university or a private university?30.08.2025 - 19:08
Promotion of vocational education and entrepreneurship30.08.2025 - 18:51
No one lives in these villages in Azerbaijan30.08.2025 - 18:36
Factors that weaken memory in children30.08.2025 - 18:18
How to cope with insomnia: 6 Tips30.08.2025 - 18:03
A documentary reflecting our national values was presented30.08.2025 - 17:47
The importance of internship programs30.08.2025 - 17:32
The next international achievement of AzTU’s Institute of Biomedical Engineering30.08.2025 - 17:17
Methods to memorize a large amount of information in a short time29.08.2025 - 19:52
The first ISO-certified school in India: Birla School at the pinnacle of education29.08.2025 - 19:36
Motivation and encouragement of students who excel in sports competitions29.08.2025 - 19:20
Forgetfulness in children29.08.2025 - 19:05
CUET increases women’s enrollment in universities, but additional support is needed29.08.2025 - 18:50
The Impact of music education in kindergartens on children’s development29.08.2025 - 18:30
TUSAŞ expressed its gratitude to two teams from AzTU29.08.2025 - 18:05
Health issues are prioritized in students’ exam preparation29.08.2025 - 17:45
Restoration work has begun on the historic “Madrasa” monument in Ordubad28.08.2025 - 19:36
A regional conference was held in Gazakh within the framework of the "Year of Constitution and Sovereignty" 28.08.2025 - 19:21
Azerbaijani journalists have been informed about the partnership between our country and NATO28.08.2025 - 19:07
Emil Afrasiyab in the “Our Cultural Homeland” project28.08.2025 - 18:52
Azerbaijani teachers achieved success at the international sports games held in Bulgaria28.08.2025 - 18:37
Azerbaijan's tourism opportunities have been promoted in Thailand28.08.2025 - 18:22