Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi Space Televiziyasının əməkdaşlarını peşə bayramları münasibətilə təbrik edib. Komitənin paylaşımında bildirilib ki, media nümayəndələrinin cəmiyyətin maarifləndirilməsində, milli-mənəvi dəyərlərin təbliğində və ictimai fikrin formalaşmasında mühüm rolu var.
“Tehsil365” “Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi”nə istinadən xəbər verir ki, “Teleradio işçilərinin əlamətdar günü münasibətilə Space TV əməkdaşlarını təbrik edir, fəaliyyətlərində uğurlar arzulayırıq!” – deyə Komitənin paylaşımında qeyd olunub.
Komitə media qurumları ilə əməkdaşlığın gələcəkdə də uğurla davam edəcəyinə inandığını vurğulayıb.

