13 oktyabr görkəmli ilahiyyatçı alim, filologiya elmləri doktoru, professor Vasim Məmmədəli oğlu Məmmədəliyevin anım günüdür.
“Tehsil365” xəbər verir ki, Azərbaycan elminin parlaq simalarından biri olan Vasim Məmmədəliyev, Qurani-Kərimin azərbaycanca tərcüməsinin müəlliflərindən biri kimi milli-mənəvi irsimizə dəyərli töhfələr verib. Onun əsərləri İslam mədəniyyəti, ərəb filologiyası və təfsir elminin inkişafında mühüm rol oynayıb.
Professorun elmi fəaliyyəti, tələbə yetişdirməsi və milli dəyərlərin qorunması istiqamətində gördüyü işlər onu Azərbaycan elmi ictimaiyyətinin yaddaşında əbədi yaşadıb.
Bu gün alim böyük hörmət və ehtiramla anılır. Onun adı, elmi irsi və mənəvi dəyərlərə sədaqəti gələcək nəsillər üçün örnək olaraq qalacaq.

