Prezident İlham Əliyev ABŞ Prezidenti Donald Trampın və Misir Ərəb Respublikasının Prezidenti Əbdülfəttah Əs-Sisinin dəvəti ilə Misirə səfər edib. Bu səfər, Azərbaycana olan yüksək diqqətin, etimadın və beynəlxalq nüfuzun bariz göstəricisi kimi dəyərləndirilir.
“Tehsil365” xəbər verir ki, bu barədə Ceyhun Məmmədov rəsmi səhifəsində paylaşım edib.Azərbaycan hər zaman İslam dünyasının ayrılmaz bir parçası kimi, regionda və ümumilikdə müsəlman ölkələri arasında sülhün, sabitliyin və əməkdaşlığın möhkəmlənməsi istiqamətində mühüm rol oynayıb. Ölkəmiz Fələstin məsələsində daim prinsipial və ədalətli mövqe sərgiləyib, Suriyada baş verən hadisələrə münasibətdə isə humanitar və diplomatik sahədə fəal iştirakını davam etdirib.
Rəsmi səfərin yalnız diplomatik deyil, həm də mənəvi əhəmiyyət daşıdığı vurğulanır. Azərbaycan İslam dünyasında etibarlı tərəfdaş kimi çıxış edir və müsəlman ölkələri ilə münasibətlərin inkişafı istiqamətində ardıcıl addımlar atır.
Bu səfər Azərbaycanın İslam həmrəyliyinin möhkəmlənməsində və Yaxın Şərqdə sülhün təşviqində oynadığı mühüm rolu bir daha nümayiş etdirir.

