Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə 13–15 oktyabr tarixlərində ölkəmizdə Türkmənistan Mədəniyyəti Günləri keçirilir. Bu münasibətlə Türkmənistan mədəniyyət nazirinin müavini Nursəhet Şirimovun rəhbərlik etdiyi nümayəndə heyəti Azərbaycana səfər edib.
“Tehsil365” “Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi”nə istinadən xəbər verir ki, oktyabrın 13-də Azərbaycan Respublikasının mədəniyyət naziri Adil Kərimli qardaş ölkənin nümayəndə heyəti ilə görüşüb. Nazir qonaqları salamlayaraq Türkmənistan Mədəniyyəti Günlərinin keçirilməsi münasibətilə təbriklərini çatdırıb və bu tədbirin iki xalq arasında dostluq və mədəni əlaqələrin möhkəmlənməsinə xidmət etdiyini vurğulayıb.
Görüşdə Azərbaycan və Türkmənistan arasında mədəni əməkdaşlığın daha da genişləndirilməsi, birgə layihələrin reallaşdırılması və qarşılıqlı təcrübə mübadiləsi məsələləri müzakirə olunub.

