Oktyabrın 14-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Ramin Məmmədov Tərtər rayonunda vətəndaşları qəbul edib. Qəbuldan öncə Komitə sədri və əməkdaşlar Ümummilli Lider Heydər Əliyevin rayon mərkəzində ucaldılmış abidəsini ziyarət edərək, onun əziz xatirəsini ehtiramla yad ediblər.
“Tehsil365” “Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi”nə istinadən xəbər verir ki, qəbulda Tərtər və ətraf rayonlardan gələn vətəndaşların dini icmaların fəaliyyəti, ibadət yerlərinin vəziyyəti və mənəvi dəyərlərin təbliği ilə bağlı müraciətləri dinlənilib. Hər bir müraciət diqqətlə araşdırılaraq aidiyyəti üzrə müvafiq tapşırıqlar verilib.
Ramin Məmmədov vurğulayıb ki, Komitə cəmiyyətin dini-mənəvi həyatının sağlam şəkildə inkişafı, vətəndaşların dini ehtiyaclarının qanun çərçivəsində təmin olunması istiqamətində fəaliyyətini davam etdirəcək.

