Çexiya polisi xarici işlər naziri vəzifəsinə namizəd Filip Turekin “Facebook”da əvvəllər yayımlanmış, sonradan silinmiş irqçi və ksenofobiya məzmunlu paylaşımlarını araşdırır. Jurnalistlər Turekin köhnə yazılarında həmçinin təhdid və qərəzli şərhlər olduğunu bildirirlər.
“Tehsil365” “islam.az”a istinadən xəbər verir ki, Çexiya Polis Departamentinin mətbuat xidmətinin məlumatına görə, Turekin bəzi paylaşımları 2019-cu il Kraystçörç məscidlərinə terror hücumundan sonra yayımlanıb və o, hücumu istehzalı şəkildə “təmizləmə” adlandırıb. Siyasətçi bu yazıların müəllifi olduğunu inkar edir və ona qarşı qarayaxma kampaniyası aparıldığını iddia edir.
Jurnalistlər Turekin köhnə paylaşımlarında Hitler və Mussoliniyə eyhamlar da aşkar ediblər. Partiya rəhbərliyi isə ittihamları səsləndirənlərə qarşı polisə şikayət verəcəyini açıqlayıb.

