Oktyabrın 14-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Ramin Məmmədov Tərtər rayonunda vətəndaşları qəbul edib. Qəbul zamanı sakinlər dini icmalarla bağlı müxtəlif məsələlər üzrə müraciətlərini çatdırıblar.
“Tehsil365” “Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi”nə istinadən xəbər verir ki, Tərtər, Ağcabədi, Ağdam və Füzuli rayonlarından olan vətəndaşlar əsasən dini icmaların dövlət qeydiyyatı, dini maarifləndirmə, İslam dininə aid ibadət yerlərinə və ziyarətgahlara din xadiminin təyinatı, eləcə də dini icmaların kitablarla təmin olunması ilə bağlı suallarını veriblər.
Qəbul zamanı həmçinin digər dini məsələlərlə bağlı müraciətlər də dinlənilib və müvafiq izahatlar təqdim olunub.

