Oktyabrın 14-də Qazax Ədəbiyyat Muzeyinin akt zalında “Təhsil və İctimai Fəaliyyət” mövzusunda təlim təşkil olunub.Tədbir Qazax Rayon İcra Hakimiyyəti yanında Gənclərin Yerli Məşvərət Şurası və Qazax-Tovuz Regional Gənclər və İdman İdarəsinin birgə təşkilatçılığı ilə reallaşıb.
“Tehsil365” xəbər verir ki, təlimin açılışında Qazax-Tovuz Regional Gənclər və İdman İdarəsinin rəis müavini Elçin Cəfərov və Gənclərin Yerli Məşvərət Şurasının sədri Pəri İbrahimova çıxış edərək tədbirin məqsədi və əhəmiyyətindən danışıblar.
Təlimçi kimi “Loqos” Psixoloji və Nitq Mərkəzinin ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri, ictimai.az informasiya portalının rəhbəri Rəşad Bayramov çıxış edib. O, iştirakçılara effektiv öyrənmə üsulları, psixoloji dayanıqlıq, ictimai çıxış bacarıqları və liderlik kimi mövzularda faydalı biliklər təqdim edib.
Proqram çərçivəsində tələbələr üçün interaktiv məşğələlər, qısa çıxışlar və fikir mübadiləsi də təşkil olunub. Təlimin sonunda iştirakçılar suallarını ünvanlayıb, əldə etdikləri təcrübələri bölüşüblər.

