Ağsu şəhər 3 nömrəli tam orta məktəbinin IX siniflərində buraxılış imtahanlarına hazırlıq məqsədilə monitorinq təşkil olunub. Tədbirin keçirilməsində əsas məqsəd şagirdlərin dərs proqramına uyğun bilik və bacarıqlarının qiymətləndirilməsi olub.
“Tehsil365” xəbər verir ki, monitorinq UBTR Nəsirova Şəhla tərəfindən aparılıb. Şagirdlərin göstərdiyi nəticələr dərslərin səmərəliyinin artırılması və əlavə tədris dəstəyi üçün əsas məlumat kimi istifadə olunacaq.
Bu tədbir, məktəbdə təhsilin keyfiyyətinin yüksəldilməsi və şagirdlərin imtahanlara daha yaxşı hazırlaşması istiqamətində atılan vacib addımlardan biridir.

