Banqladeşdə son bir il ərzində 256 yeni məscid inşa olunub. Tikinti işləri 2024-cü ilin iyul ayından 2025-ci ilin iyul ayınadək həyata keçirilib və bütün ibadətgahlar artıq istifadəyə verilib.
“Tehsil365” “islam.az”a istinadən xəbər verir ki, ölkədə son illər dini ibadət yerlərinin sayında artım müşahidə olunur. Son 5 il ərzində Banqladeşdə ümumilikdə 600-dən çox yeni məscid tikilərək fəaliyyətə başlayıb. Bu, hökumətin və yerli icmaların dini infrastruktura verdiyi önəmin göstəricisi kimi qiymətləndirilir.
Banqladeş dünyanın ən sıx məskunlaşmış müsəlman ölkələrindən biridir. Burada 170 milyondan çox əhali yaşayır və onların böyük əksəriyyəti İslam dininə mənsubdur.

