Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi, Qarabağ Universiteti, Komitənin tabeliyində fəaliyyət göstərən Azərbaycan İlahiyyat İnstitutu və Mənəvi Dəyərlərin Təbliği Fondunun birgə təşkilatçılığı ilə keçirilən “Mənəvi dəyərlər” həftəsi yekunlaşıb.
“Tehsil365” “Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi”nə istinadən xəbər verir ki, 11–14 oktyabr tarixlərini əhatə edən layihə çərçivəsində tələbələr Qarabağın və Şərqi Zəngəzurun tarixi, dini və mənəvi irsi ilə yaxından tanış olublar. Onlar həmçinin azad edilmiş ərazilərdə həyata keçirilən bərpa və quruculuq işlərini yerində izləyiblər.
Layihənin məqsədi gənclərin milli-mənəvi dəyərlər ruhunda maarifləndirilməsi, Qarabağın zəngin tarixi və dini irsinin öyrənilməsinə marağın artırılması olub.

