Mingəçevir Dövlət Universitetinin nümayəndə heyəti Özbəkistanın paytaxtı Daşkənd şəhərində Türk Universitetləri Birliyinin (TÜRKÜNİB) 8-ci Baş Assambleyasının toplantısında iştirak edir.
“Tehsil365” xəbər verir ki, bu haqda Mingəçevir Dövlət Universiteti fb səhifəsində bildirib.
Universitet, Türkiyə, Özbəkistan, Macarıstan, Qırğızıstan və Qazaxıstan daxil olmaqla türk dünyası universitetləri ilə tələbə və müəllim mübadiləsini genişləndirməyi planlaşdırır.

