Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Ramin Məmmədov Tərtər rayonunun Əskipara kənd məscidini ziyarət edib. Ziyarət zamanı o, məsciddə fəaliyyət göstərən din xadimləri ilə görüşərək onların fəaliyyəti və dini icmanın mövcud durumu ilə maraqlanıb.
“Tehsil365” “Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi”nə istinadən xəbər verir ki, Azərbaycan cəmiyyətində milli həmrəylik, dini dözümlülük və mənəvi dəyərlərin qorunması dövlət siyasətinin əsas istiqamətlərindəndir. Komitə bu istiqamətdə maarifləndirmə tədbirlərini və yerli icmalarla əməkdaşlığı davam etdirir.
Vurğulanıb ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən siyasətə uyğun olaraq dini icmalara diqqət və qayğı göstərilir, dini etiqad azadlığının təmin olunması üçün ardıcıl tədbirlər görülür.

