Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Ramin Məmmədov Tərtər şəhəri “Cümə” məscidini ziyarət edərək, məscidin fəaliyyəti ilə tanış olub.
“Tehsil365” “Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi”nə istinadən xəbər verir ki, komitə sədri bildirib ki, dövlətin həyata keçirdiyi siyasət dinlərarası harmoniyanın qorunmasına və cəmiyyətin təhlükəsizliyinin təmin olunmasına xidmət edir. O, tolerantlığın və dinlərarası dialoqun gücləndirilməsində, zərərli meyillərin qarşısının alınmasında din xadimlərinin fəallığının mühüm rol oynadığını vurğulayıb.
Ramin Məmmədov, həmçinin din xadimlərinin cəmiyyətdəki nüfuzunun artırılmasının və onların peşəkar inkişafının əhəmiyyətinə toxunub, müasir çağırışlar fonunda bu istiqamətdə görülən işlərin vacibliyini qeyd edib.

