Müasır zamanlarda Azərbaycanda xaricdə təhsilə maraq xeyli artıb.
“Tehsil365” xəbər verir ki,Avropada təhsil alan bir Azərbaycanlı gəncimizdən xaricdəki təhsillə Azərbaycandakı təhsilin fərqi barəsində müsahibədə o bildirib ki:
“Azərbaycanda bizdə Bakalavr 4 ildir, əsasən də nəzəriyyəyə çox fokuslanırlar, müəllimlər isə daha tələbkar və rəsmidirlər. Yəni, bir az hələ də köhnə məktəb sisteminin təsiri var.
Latviyada isə vəziyyət fərqlidir: Bakalavr cəmi 3 ildir! Orada dərslər daha çox praktikaya və layihələrə yönəlib, yəni birbaşa iş bazarına hazırlaşdırırlar. Həm də, Avropa diplomu olduğu üçün, Latviyadan çıxanda bütün Avropa ölkələrində iş tapmaq sənə daha asan olur. Bir növ, Latviya diplomu Avropanın qapısını açır.”