Qazax-Tovuz Regional Təhsil İdarəsində vətəndaş qəbulu təşkil olunub.
“Tehsil365” xəbər verir ki, bu haqda Qazax-Tovuz Regional Təhsil İdarəsi fb səhifəsində bildirib.
Qəbulda iştirak edən vətəndaşlar işlə təmin olunma, əmək müqaviləsinin uzadılması, şagird yerdəyişməsi və iş yerinin dəyişdirilməsi kimi məsələlərlə bağlı müraciətlər ediblər.
İdarə müdiri müraciətləri dinləyərək onların operativ araşdırılması və qanunvericiliyə uyğun həlli ilə bağlı aidiyyəti struktur bölmələrinə tapşırıqlar verib. Qəbulun əsas məqsədi vətəndaş məmnunluğunu artırmaq, müraciətlərə çevik reaksiya vermək və təhsil müəssisələrində şəffaf mühitin formalaşdırılmasını təmin etməkdir.

