Son illərdə inklüziv təhsil siyasəti Azərbaycanın bütün bölgələrində həyata keçirilir. Məqsəd — hər bir uşağın, o cümlədən xüsusi qayğıya ehtiyacı olanların da, keyfiyyətli təhsilə bərabər çıxışını təmin etməkdir.
İnklüziv təhsil üzrə mütəxəssis Nigar Məmmədova “Tehsil365”ə verdiyi açıqlamada bu istiqamətdəki yeniliklərdən danışıb:
“Artıq region məktəblərində xüsusi təhsil otaqları yaradılıb, müəllimlər inklüziv təhsil üzrə təlimlərə cəlb olunur. Uşaqların sosiallaşması üçün psixoloq və məsləhətçi heyətlər fəaliyyət göstərir.”
Ekspert bildirib ki, inklüzivlik təkcə təhsil deyil, həm də cəmiyyətin mədəni səviyyəsinin göstəricisidir:
“Hər bir uşaq fərqlidir və biz bu fərqləri qəbul etməyi öyrənməliyik. Məktəblərdə birgə təhsil uşaqlar arasında anlayış, empatiya və həmrəylik yaradır.”
Nigar Məmmədova əlavə edib ki, dövlət proqramları və yerli icmaların dəstəyi ilə inklüziv təhsil modeli daha da təkmilləşəcək və bütün ölkə üzrə tətbiqini tapacaq.

