Masallıda məktəb şagirdlərinin sağlam həyat tərzinin təbliği, idmanın inkişafı və idmana cəlb olunması istiqamətində görüş keçirilib.
“Tehsil365” xəbər verir ki, oktyabrın 16-da Lənkəran-Astara Regional Gənclər və İdman İdarəsinin təşkilatçılığı ilə Masallı şəhər S.Tağıyev adına Digah 4 nömrəli tam orta ümumtəhsil məktəbində həndbol idman növünün inkişaf etdirilməsi məqsədilə ilə görüş keçirilib.
Görüşdə Masallı rayonu üzrə gənclər və idman sektorunun müdiri Sabiq Cahangirov, Azərbaycanın Həndbol Federasiyasının məşqçisi, Əməkdar bədən tərbiyəsi və idman xadimi Vidadi Əliyev, əməkdar məşqçi Süfəddin Məmmədov , müəllimlər və şagirdləri iştirak ediblər.
Masallı rayonu üzrə gənclər və idman sektorunun müdiri Sabiq Cahangirov çıxışı zamanı xüsusilə komanda idman növləri, cəmiyyətin formalaşmasında mühüm sosial rol oynadığını və rayonumuzda həndbol idman növünün inkişaf etdirilməsi gənclərimizi zərərli vərdişlərdən uzaqlaşdıracaq, onları məqsədyönlü, intizamlı və sağlam həyat tərzinə sahib vətəndaşlar kimi formalaşmasından danışıb.
Görüş zamanı Vidadi Əliyev həndbol idman növünün tarixindən, bu idman növünün insan sağlamlığı üçün faydasından, regionda həndbol bölməsinin fəaliyyətə başlaması və cəlb olunmuş idmançılara göstərilən qayğı və dəstəkdən danışıb.

