Laçın rayon məktəblilərinin iştirakı ilə “18 Oktyabr - Müstəqilliyin Bərpası Günü”nə həsr olunan tədbir təşkil olunub.
“Tehsil365” xəbər verir ki, tədbir Laçın rayonu üzrə gənclər və idman, rayon Təhsil sektorlarının birgə təşkilatçılığı ilə oktyabrın 16-da Bakı şəhərində yerləşən Laçın rayon 18 nömrəli tam orta məktəbdə keçirilib.
Əvvəlcə, torpaqlarımızın azadlığı uğrunda canlarını qurban vermiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Laçın rayonu üzrə gənclər və idman sektorunun müdiri Natiq Mustafayev tədbiri açıq elan etmiş və müstəqillik uğrunda xalqımızın keçdiyi tarixi yoldan, mübarizələrlə dolu müstəqillik tariximizdən ətraflı bəhs edib.
Daha sonra bu mövzu ətrafında sektorun baş məsləhətçisi Rəsmiyyə Həsənova, məktəbin müəllimləri Durna Vəliyeva və Arzu Abbasova çıxış etmişlər. Sonda məktəbin direktoru Təyyar Xankişiyev müstəqilliyimizin bərpası gününün əhəmiyyətindən və onların gələcək nəsil olaraq müstəqilliyimizin, suverenliyimizin əbədi olması üçün məsuliyyətindən danışıb.

