Dağlıq Şirvan Regional Təhsil İdarəsi tabeliyindəki ümumi təhsil müəssisələrində məktəbdənkənar və sinifdənxaric tərbiyə işi üzrə təşkilatçı vəzifələrinə işə qəbul üzrə müsabiqə elan olunur.
“Tehsil365” xəbər verir ki, bu haqda Dağlıq Şirvan Regional Təhsil İdarəsi fb səhifəsində bildirib.
Namizədlər ali pedaqoji və ya idarəetmə ixtisasına malik olmalı və 3 ildən az olmayan pedaqoji staja sahib olmalıdır.
İştirakçılardan şəxsiyyəti təsdiq edən sənədin surəti, əmək kitabçasının surəti, ali təhsil haqqında sənəd və əlavəsinin surəti, kadrlar uçotunun şəxsi vərəqəsi (şəkilli və yazılı) və tərcümeyi-hal tələb olunur.
Namizədlər əvvəl test imtahanında iştirak edəcək, nəticə məqbul hesab olunanlar müsahibə mərhələsinə dəvət olunacaqlar.
Müsabiqədə iştirak etmək istəyənlər 17–23 oktyabr tarixləri (şənbə və bazar istisna) saat 09:00–18:00 aralığında sənədləri Dağlıq Şirvan Regional Təhsil İdarəsində təqdim etməlidirlər. Ünvan: Şamaxı şəhəri, Şəhriyar küçəsi, 21.

