Goranboy rayonunda "Uşaqların asudə vaxtının səmərəli təşkili, uşaqların istirahət yerlərinin, idman və mədəniyyət ocaqlarının fəaliyyəti ilə bağlı məlumatlandırılması" mövzusunda maarifləndirmə tədbiri keçirildi.
“Tehsil365”xəbər verir ki, Gəncə-Daşkəsən Regional Gənclər və İdman İdarəsinin Goranboy rayonu üzrə gənclər və idman sektoru, Goranboy Rayon İcra Hakimiyyəti Goranboy Rayon Polis Şöbəsi və Goranboy-Naftalan rayonları üzrə təhsil sektorunun birgə təşkilatçılığı ilə Tatarlı kənd tam orta məktəbin akt zalında "Uşaqların asudə vaxtının səmərəli təşkili, uşaqların istirahət yerlərinin, idman və mədəniyyət ocaqlarının fəaliyyəti ilə bağlı məlumatlandırılması" mövzusunda maarifləndirmə tədbiri keçirildi.
Maarifləndirmə tədbirdə çıxış edən natiqlər asudə vaxtın necə səmərəli təşkil olunması mövzusunda geniş söz açaraq, gənclərin milli-mənəvi ruhda böyümələri üçün milli və mənəvi dəyərlərimizə sadiq qalmalı və qorumalı olduqlarını diqqətə çatdırdılar.
Tədbirdə ümumilikdə 53 nəfər gənc iştirak etdi və sonda gənclərlə mövzu ilə bağlı fikir mübadiləsi aparıldı.

