Şamaxı Avropa Liseyinin IV, VI və IX siniflərində diaqnostik qiymətləndirmə üzrə monitorinq həyata keçirilib.
“Tehsil365” xəbər verir ki, monitorinqin əsas məqsədi şagirdlərin bilik və bacarıqlarının səviyyəsini müəyyənləşdirmək, həmçinin tədris prosesinin səmərəliliyini artırmaq olub.
Qiymətləndirmənin nəticələri əsasında ümumi hesabatlar hazırlanacaq, mövzular üzrə təhlillər aparılacaq və şagirdlərin zəif və güclü tərəfləri müəyyən ediləcək.
Daha sonra valideynlərlə birlikdə nəticələrin müzakirəsi aparılacaq, gələcək təlim strategiyaları planlaşdırılacaq.
Lisey rəhbərliyi bildirir ki, diaqnostik qiymətləndirmə yalnız qiymət göstəricisi deyil, həm də şagirdlərin fərdi inkişafını izləmək və onlara dəstək vermək üçün mühüm vasitədir.

