“Narkomaniya və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə” mövzusunda maarifləndirici tədbirlər davam edir.
ETİHİ Qax Rayon Komitəsinin təşkilatçılığı ilə Qax şəhər Etibar Babayev adına 4 nömrəli tam tam orta ümumitəhsil müəssisəsində “Narkomaniya və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə” mövzusunda tədbi təşkil olunub.
Tədbirdə Qax Rayon İcra Hakimiyyəti başçısının müavini, İctimai-Siyasi və humanitar məsələlər üzrə şöbə müdiri Vəfa Heydərova, Qax rayonu üzrə Təhsil Sektorunun müdiri babək Heydərov , ETİHİ Qax rayon komitəsinin sədri R.Əfəndiyeva, Qax Rayon Polis Şöbəsinin Yetkinlik yaşına çatmayanlarla profilaktik işin təşkili qrupunun baş inspektoru Tərlan Hüseynov , Qax Rayon Mərkəzi Xəstəxanasının həkimləri, məktəbin direktoru və müəllimlər çıxış edərək narkomaniyanın insan sağlamlığına və cəmiyyətə vurduğu mənfi təsirlər barədə məlumatlar verib.
Tədbirlərin əsas məqsədi şagirdlər arasında sağlam həyat tərzinin təbliği, zərərli vərdişlərin fəsadları barədə məlumatlılığın artırılması və gənclərin narkotik vasitələrdən uzaq durmasına yönəlmiş maarifləndirmə işlərinin gücləndirilməsi olub. Şagirdlərə sağlam seçim etməyin, asılılıq yaradan vərdişlərdən uzaq durmağın və məsuliyyətli davranışın vacibliyi barədə tövsiyələr verib.
Sonda təqdimat və videoçarx nümayiş etdirilib.

