17 oktyabr 2025-ci il tarixdə Oğuz rayon Mərkəzi Kitabxana Sisteminin (MKS) Tayıflı kənd kitabxanasında “Gəncə terroru” mövzusunda məlumat saatı təşkil edilib.
“Tehsil365” xəbər verir ki, tədbirdə 14 nəfər iştirak edib. Məlumat saatını kitabxanaçı açaraq 2020-ci ilin oktyabr ayında Ermənistan Silahlı Qüvvələrinin Azərbaycanın Gəncə şəhərinə 5 dəfə raket hücumu həyata keçirdiyini, nəticədə mülki şəxslərin şəhid olduğunu və bir çoxunun yaralandığını qeyd edib.
Daha sonra kitabxananın daimi oxucuları “Gəncə terroru” mövzusunda məruzə ilə çıxış edərək hadisənin dəhşətlərindən və mülki əhaliyə qarşı törədilmiş bu cinayətin insanlığa zidd mahiyyətindən danışıblar.

