17 oktyabr 2025-ci il tarixdə Oğuz rayon Mərkəzi Kitabxana Sisteminin 24 saylı Xaçmaz kənd kitabxanasında 17 oktyabr - Füzuli Şəhəri Günü və 18 oktyabr - Müstəqilliyin Bərpası Günü münasibətilə “Yaşa Azərbaycanım!” adlı dəyirmi masa təşkil edilib.
“Tehsil365” xəbər verir ki, tədbirdə məktəblilər iştirak ediblər. Əvvəlcə torpaqlarımızın azadlığı uğrunda şəhid olan qəhrəmanlarımızın xatirəsi bir dəqiqəlik sükutla yad edilib, ardınca Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.
Dəyirmi masa zamanı məktəblilər Vətən və qəhrəmanlıq mövzusunda şeirlər söyləyərək, Azərbaycanın müstəqilliyi və azad Füzuli şəhərinin əhəmiyyəti haqqında fikirlərini bölüşüblər.
Sonda tədbir iştirakçıları xatirə şəkli çəkdiriblər.

