Oktyabrın 16-da Tovuz şəhər A.Qasımov adına tam orta məktəbdə “Dövlət müstəqilliyinin qorunmasında Heydər Əliyevin tarixi xidmətləri” mövzusunda toplantı keçirilib.
“Tehsil365” xəbər verir ki, tədbir Ümummilli Lider Heydər Əliyevin və torpaqlarımızın azadlığı, suverenliyi uğrunda canlarından keçmiş şəhidlərimizin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi və Dövlət Himninin səsləndirilməsi ilə başlayıb.
Çıxış edən YAP Tovuz rayon təşkilatının sədr müavini İlqar Kərimov, Tovuz rayonu üzrə gənclər və idman sektorunun müdiri Vasif Abdullayev və Tovuz Dövlət Peşə Təhsil Mərkəzinin direktor müavini Sərxan Musayev Ulu Öndər Heydər Əliyevin Azərbaycan dövlətçiliyinin möhkəmləndirilməsində, milli-mənəvi dəyərlərimizin qorunmasında və gənc nəslin vətənpərvərlik ruhunda formalaşmasında misilsiz xidmətlərindən danışıblar.
Qeyd olunub ki, bu siyasət bu gün Müzəffər Ali Baş Komandan, Prezident cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir.
Tədbirin sonunda mövzuya dair videoçarx nümayiş olunub.
Toplantıda ümumilikdə 168 nəfər iştirak edib.

