17 oktyabr 2025-ci il tarixində Biləsuvar Rayon İcra Hakimiyyətinin, Şirvan-Salyan Regional Gənclər və İdman İdarəsinin Biləsuvar rayonu üzrə gənclər və idman sektorunun, Şirvan-Salyan Regional Təhsil İdarəsinin Biləsuvar rayonu üzrə təhsil sektorunun və Biləsuvar Gənclər evinin birgə təşkilatçılığı ilə “18 Oktyabr-Müstəqilliyin Bərpası Günü”nə həsr olunmuş dəyirmi masa keçirilib.
“Tehsil365” xəbər verir ki, öncə Ümummilli Lider Heydər Əliyevin və vətənimizin ərazi bütövlüyü uğrunda canından keçən şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Tədbiri giriş sözü ilə açan Biləsuvar rayonu üzrə gənclər və idman sektorunun müdiri Azad Quliyev “Müstəqilliyin Bərpası Günü” münasibətilə tədbir iştirakçılarını təbrik edərək, 1991-ci il oktyabrın 18-də Dövlət Müstəqilliyi haqqında Konstitusiya Aktının qəbul olunması prosesinin tarixi əhəmiyyətindən danışıb, həmçinin dövlət müstəqilliyinin möhkəmləndirilməsi istiqamətində Azərbaycan xalqının keçdiyi çətin, lakin şərəfli yoldan söz açıb. O, 1993-cü ildə xalqın təkidli tələbi ilə Azərbaycanda ikinci dəfə hakimiyyətə qayıdan Ulu Öndər Heydər Əliyevin ölkəmizin müstəqilliyinin əbədi və dönməz etdiyini bildirib. Sektor müdiri, Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyevin Ulu Öndərin müəyyənləşdirdiyi siyasəti uğurla həyata keçirdiyini qeyd edib.
Tədbirdə çıxış edən Rayon İcra Hakimiyyətinin məsul əməkdaşı Ziya Qurbanov, Gənclər evinin direktoru Vəkil Cəfərli Azərbaycanın müstəqillik illərində əldə etdiyi uğurlardan danışıblar. Bildirilib ki, əgər 1991-ci ildə Azərbaycanın müstəqilliyi tarixi zərurətdən irəli gələn hadisə idisə, bu müstəqilliyin əbədiliyi və dönməzliyi Ümummilli Lider Heydər Əliyevin adı ilə, beynəlxalq aləmdə böyük nüfuzu olan, Cənubi Qafqazın lider dövləti sayılan müasir Azərbaycan isə Prezident İlham Əliyevin fəaliyyəti ilə bağlıdır.
Daha sonra gəncləri maraqlandıran suallara aydınlıq gəitirilib, mövzu ilə əlaqədar videoçarx nümayiş etdirilib.

