Təhsil 365 - Logo Mobile

MDU OSTİM Texniki Universiteti ilə birgə laboratoriyalar yaradacaq - FOTOLAR

9420.10.2025 - 07:32
MDU OSTİM Texniki Universiteti ilə birgə laboratoriyalar yaradacaq - FOTOLAR

Azərbaycan və Türkiyə arasında elm və təhsil sahəsində əməkdaşlıq əlaqələri yeni mərhələyə qədəm qoyur. 2025-ci ilin 17 oktyabr tarixində Mingəçevir Dövlət Universitetinin (MDU) rektoru Anar Eminovun rəhbərlik etdiyi nümayəndə heyəti Türkiyə Respublikasına səfəri çərçivəsində Ankara şəhərində yerləşən OSTİM Texniki Universitetinin (OSTİM) rektoru professor Murat Yülek və universitetin struktur rəhbərləri ilə görüşüb. 

Bu barədə universitetdən “Tehsil365"ə məlumat verilib. Bildirilib ki, görüşdə rektor Anar Eminov MDU-nun son illərdə həyata keçirdiyi beynəlxalq əməkdaşlıq siyasətindən, universitetdə innovasiya yönümlü tədris mühitinin formalaşdırılmasından və sənaye ilə əlaqələrin genişləndirilməsinə dair prioritetlərdən bəhs edib. O, qeyd edib ki, MDU ilə OSTİM arasındakı anlaşma universitetin tədris və tədqiqat fəaliyyətlərini real istehsalat və texnologiya mühitinə daha da yaxınlaşdırmaq baxımından mühüm addımdır. Rektor MDU-nun müəllim və tələbə heyətinin OSTİM-də 6000-dən çox sənaye müəssisəsindən yararlanmaq istədiklərini, həmçinin birgə laboratoriya qurulmasını bildirib: “Qardaş Türkiyə Cümhuriyyətində sənaye ilə iç-içə olan OSTİM Texnik Universiteti ilə bu gün imzaladığımız bu anlaşmanın hesab edirəm ki, sənaye şəhərimiz olan Mingəçevir üçün mühüm əhəmiyyət kəsb edəcəkdir”.

M.Yülek OSTİM-in “sənaye içində universitet” konsepsiyasından danışaraq, bu modelin MDU ilə birgə həyata keçiriləcək layihələrdə səmərəli şəkildə tətbiq ediləcəyinə inamını ifadə edib. O, MDU-nun mühəndislik, tətbiqi elmlər və innovasiya sahəsindəki inkişaf potensialını yüksək qiymətləndirib və tərəfdaşlığın hər iki universitet üçün yeni imkanlar açacağını vurğulayıb.

Görüşdən sonra iki universitet arasında qarşılıqlı Anlaşma Memorandumu imzalanıb.

İmzalanan Anlaşma Memorandumunun əsas məqsədi iki universitet arasında tədris, elmi-tədqiqat və sənaye əməkdaşlığını inkişaf etdirmək, birgə layihələrin və akademik proqramların həyata keçirilməsini təmin etməkdir. Memorandum çərçivəsində tərəflər tətbiqi elmlər və mühəndislik sahəsində birgə laboratoriyaların yaradılması, texnoparklar və innovasiya mərkəzləri arasında ortaq platformaların qurulması, startap və sahibkarlıq təlimlərinin təşkili, ikili və birgə diplom proqramları, mübadilə və yay təcrübə proqramları, “Universitet–Sənaye” modelinin MDU-da tətbiqi, həmçinin birgə konfranslar və seminarların təşkili planlaşdırırlar.

Görüşdən sonra nümayəndə heyəti OSTİM Texniki Universitetinin kampusu ilə tanış olub. MDU nümayəndələri universitetin müasir auditoriyaları, laboratoriyaları, tədqiqat mərkəzləri və sənaye müəssisələri ilə inteqrasiya olunmuş infrastrukturunu yüksək qiymətləndiriblər.

Bu əməkdaşlıq Azərbaycan və Türkiyənin ali təhsil sistemləri arasında bilik və texnologiya mübadiləsinin güclənməsinə, sənaye yönümlü tədris modelinin inkişafına və gələcək nəsil mütəxəssislərin praktiki bacarıqlarla yetişdirilməsinə mühüm töhfə verəcək.


Əli Ələkbərov

News Feed

Geomaqnit qasırğası müşahidə olunur07.11.2025 - 17:13
Məktəbəqədər və ümumi təhsil üzrə ictimai dinləmə keçirilib31.10.2025 - 17:30
Mədəniyyət Nazirliyində Türkmənistan nümayəndə heyəti ilə görüş keçirilib13.10.2025 - 13:20
Məktəblərdə ilkin tibbi yardım: Onlar kimə və necə öyrədilməlidir?05.10.2025 - 13:33
A teacher who made her students’ dreams come true: an inspiring step from Baliton village21.09.2025 - 08:40
Beynəlxalq Təhsil İcmalı - Sentyabr 202519.09.2025 - 16:20
Erkən yaşda xarici dil öyrənmənin faydaları17.09.2025 - 17:39
Çində təhsil alacaq BMU tələbələri Pekində09.09.2025 - 06:40
Məktəbəqədər uşaqların təbiətlə təmasda olması- açıq havada öyrənmənin faydaları05.09.2025 - 11:10
How accessible is entrepreneurship for students?04.09.2025 - 19:17
Winners of the "R.M. 90" programming contest awarded within the framework of the ICPC World Final04.09.2025 - 19:02
The role of industrial training in developing students’ practical skills04.09.2025 - 18:47
Employment opportunities for youth in the agricultural sector04.09.2025 - 18:32
The human brain produces enough energy to power a small light bulb04.09.2025 - 18:15
Azerbaijani cinema is represented with an Oscar-Nominated Film04.09.2025 - 18:00
Meeting with the German religious delegation at the State Committee04.09.2025 - 17:40
The benefits of temporary jobs for students04.09.2025 - 17:20
It was investigated that applicants engaged in sports have a strong memory02.09.2025 - 18:47
The historic al-Nuri Mosque in Mosul reopens after 8 years02.09.2025 - 18:28
Psychological support programs improved students’ performance02.09.2025 - 18:16
Research shows that students who maintain a regular sleep schedule are more productive02.09.2025 - 18:03
The anniversary of Uzeyir Hajibeyov, a great figure of Azerbaijani music has been celebrated02.09.2025 - 18:00
Festivals and exhibitions play an important role in personal development02.09.2025 - 17:45
Expansion of the dual education program through Azerbaijan–Germany cooperation02.09.2025 - 17:30
The main causes of aggression in adolescents and ways of prevention02.09.2025 - 17:15
University graduates’ entry into the job market30.08.2025 - 19:38
Shahmar Akbarzade – A distinguished figure of our national poetry30.08.2025 - 19:24
Which is better: a public university or a private university?30.08.2025 - 19:08
Promotion of vocational education and entrepreneurship30.08.2025 - 18:51
No one lives in these villages in Azerbaijan30.08.2025 - 18:36
Factors that weaken memory in children30.08.2025 - 18:18
How to cope with insomnia: 6 Tips30.08.2025 - 18:03
A documentary reflecting our national values was presented30.08.2025 - 17:47
The importance of internship programs30.08.2025 - 17:32
The next international achievement of AzTU’s Institute of Biomedical Engineering30.08.2025 - 17:17
Methods to memorize a large amount of information in a short time29.08.2025 - 19:52
The first ISO-certified school in India: Birla School at the pinnacle of education29.08.2025 - 19:36
Motivation and encouragement of students who excel in sports competitions29.08.2025 - 19:20
Forgetfulness in children29.08.2025 - 19:05
CUET increases women’s enrollment in universities, but additional support is needed29.08.2025 - 18:50
The Impact of music education in kindergartens on children’s development29.08.2025 - 18:30
TUSAŞ expressed its gratitude to two teams from AzTU29.08.2025 - 18:05
Health issues are prioritized in students’ exam preparation29.08.2025 - 17:45
Restoration work has begun on the historic “Madrasa” monument in Ordubad28.08.2025 - 19:36
A regional conference was held in Gazakh within the framework of the "Year of Constitution and Sovereignty" 28.08.2025 - 19:21
Azerbaijani journalists have been informed about the partnership between our country and NATO28.08.2025 - 19:07
Emil Afrasiyab in the “Our Cultural Homeland” project28.08.2025 - 18:52
Azerbaijani teachers achieved success at the international sports games held in Bulgaria28.08.2025 - 18:37