“İqlim təhsili siyasətimiz sadə, amma davamlıdır. İlk növbədə, müəllimlərin iqlim təhsili üzrə bacarıqlarını artırmağa diqqət yetiririk”.
“Tehsil365” xəbər verir ki, bu fikirləri Bakıda Elm və Təhsil Nazirliyi və İslam Dünyası Təhsil, Elm və Mədəniyyət Təşkilatının (ICESCO) birgə təşkilatçılığı ilə keçirilən “Yaşıl təhsil” mövzusunda ilk regional konfrans çərçivəsondə təşkil edilən birinci texniki sessiyada Elm və Təhsil Nazirliyinin Məktəbəqədər və ümumi təhsil şöbəsinin müdür müavini Nəriman Qəhrəmanlı “Mövcud yaşıl təhsil təşəbbüsləri”ilə bağlı təqdimatı zamanı səsləndirib.
O,qeyd edib ki, müəllimlər bu transformasiyanın mərkəzindədir və əsas məqsədlərdən biri onlara ekoloji savadlılığı təşviq etmək və davamlılığa yönəlmiş tədrisi həyata keçirmək üçün lazım olan bacarıq və kompetensiyalara yiyələndirməkdir