“Konstitusiya və Suverenlik İli” tədbirləri çərçivəsində Naxçıvanda təhsil işçiləri üçün “Antikorrupsiya davranış modelinin formalaşdırılması” mövzusunda təlim təşkil olunub.
“Tehsil365” xəbər verir ki, təlim “Korrupsiyaya qarşı mübarizənin gücləndirilməsinə dair 2022–2026-cı illər üçün Milli Fəaliyyət Planı” çərçivəsində Baş Prokurorluğun Elm-Tədris Mərkəzi və Elm və Təhsil Nazirliyi tərəfindən keçirilib. Təlimdə Baş Prokurorluğun Elm-Tədris Mərkəzi, Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi və Naxçıvan Muxtar Respublikası Prokurorluğunun əməkdaşları iştirakçılara məlumatlar verib.
Çıxışlardan sonra qarşılıqlı fikir mübadiləsi aparılıb və təhsil işçilərini maraqlandıran suallar cavablandırılıb.
Qeyd edək ki, təlimin məqsədi təhsil işçilərində antikorrupsiya davranış modelinin formalaşdırılmasını gücləndirmək, peşə hazırlığını artırmaq və təcrübədə rast gəlinən problem və çətinliklərin qarşısını almaqdır.