Təhsil 365 - Logo Mobile

Ortaq tarixi və mədəni köklərə malik olan Azərbaycan və Qazaxıstanı möhkəm qardaşlıq münasibətləri birləşdirir

10320.10.2025 - 16:17
Ortaq tarixi və mədəni köklərə malik olan Azərbaycan və Qazaxıstanı möhkəm qardaşlıq münasibətləri birləşdirir

Ortaq tarixi və mədəni köklərə malik olan Azərbaycan və Qazaxıstanı möhkəm qardaşlıq münasibətləri birləşdirir. Bu gün iki ölkənin beynəlxalq aləmdə etibarlı tərəfdaşlığa, səmimi dostluğa və mehriban qonşuluğa əsaslanan əlaqələri yüksələn xətlə inkişaf edir. Azərbaycan Prezidenti İlham Əliyev də bu günlərdə “Kazinform”a eksklüziv müsahibəsində iki ölkə arasında siyasi dialoqun yüksək səviyyəsindən, nəqliyyat, logistika, neft-qaz sahələrində əməkdaşlığın sürətli inkişafından, həmçinin yaşıl enerji sahəsində birgə işin perspektivlərindən və Türk Dövlətləri Təşkilatı çərçivəsində təşəbbüslərdən geniş bəhs edib.

“Tehsil365” xəbər verir ki, bu fikirləri AZƏRTAC-a açıqlamasında Milli Məclisin deputatı, YAP İdarə Heyətinin üzvü Pərvin Kərimzadə deyib.

Deputat bildirib ki, ötən dövr ərzində Azərbaycan və Qazaxıstan çoxəsrlik dostluq ənənələrini nəinki qoruyub saxlamağa, genişləndirməyə, iki ölkə arasındakı münasibətləri strateji tərəfdaşlıq səviyyəsində inkişaf etdirməyə nail olub. Müstəqillik illərində ikitərəfli əlaqələrin mükəmməl müqavilə-hüquq bazası formalaşıb. Ən əsas isə dövlət başçılarımız qarşılıqlı əlaqələrin daha da gücləndirilməsi üçün siyasi iradə nümayiş etdirirlər. Prezident İlham Əliyevin müsahibədə dediyi kimi, Azərbaycan ilə Qazaxıstan arasında siyasi əlaqələr hazırda yüksək dərəcədə möhkəmlik və qarşılıqlı etimad ilə xarakterizə olunur. Ötən onilliklər ərzində xalqlarımız arasında tarixi qardaşlığa, dostluğa və qarşılıqlı dəstəyə, ortaq türk kimliyinin möhkəm təməlinə, oxşar mədəni ənənələrə və mənəvi dəyərlərə əsaslanaraq, biz həqiqi strateji tərəfdaşlıq və müttəfiqlik münasibətləri qurmuşuq. Bundan əlavə, ikitərəfli əməkdaşlığın möhkəmlənməsinə töhfə verən mühüm amil ən yüksək səviyyədə aparılan və dövlətlərarası əlaqələrin bütün səviyyələrdə hərtərəfli dərinləşməsinə təkan verən fəal və konstruktiv dialoqdur. Təsadüfi deyil ki, Prezident İlham Əliyev son üç ildə qardaş Qazaxıstana yeddinci səfərini reallaşdırır.

Pərvin Kərimzadənin sözlərinə görə, Azərbaycanla Qazaxıstan çoxtərəfli formatlarda, xüsusilə beynəlxalq və regional təşkilatlar, o cümlədən BMT, Türk Dövlətləri Təşkilatı, İslam Əməkdaşlıq Təşkilatı, Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri Müşavirəsi və s. beynəlxəlaq qurumlar çərçivəsində fəal əməkdaşlıq edir. Ölkələrimiz beynəlxalq arenada bir-birini dəstəkləyir, bir çox məsələlərdə ortaq mövqeyi bölüşür. İqtisadi-ticari əlaqələrə gəlincə, dövlət başçımızın söylədiyi kimi, Azərbaycan ilə Qazaxıstan arasında iqtisadi-ticari əməkdaşlığın spektri çox genişdir. Hər iki ölkə ardıcıl olaraq birgə təşəbbüslər həyata keçirir, iqtisadiyyatın müxtəlif sektorlarında əməkdaşlığı genişləndirir. Qarşılıqlı ticarətdə müsbət dinamika özünü aydın şəkildə göstərir. 2024-cü ildə iki ölkə arasında əmtəə dövriyyəsinin həcmi 470 milyon dollar təşkil edib. 2025-ci ilin yanvar-avqust aylarında isə ötən ilin müvafiq dövrü ilə müqayisədə üç dəfə çox olmaqla, 547 milyon dollara çatıb. Bu artım Orta Dəhlizin potensialından səmərəli istifadə, nəqliyyat və logistika infrastrukturunun sistemli modernləşdirilməsi ilə bağlıdır. Gələcəkdə Orta Dəhlizin imkanları genişləndikcə, bu göstəricilər də əhəmiyyətli dərəcədə artacaq.

“Ən vacib məqamlardan biri təbii ki, iki ölkənin TDT çərçivəsində əməkdaşlığıdır. Bununla bağlı Prezident İlham Əliyev müsahibədə qeyd edib: “Türk Dövlətləri Təşkilatı (TDT) Azərbaycan ilə Qazaxıstan arasında qardaşlıq əlaqələrinin möhkəmləndirilməsində aparıcı rola malikdir, siyasi dialoqun dərinləşdirilməsi, iqtisadi əlaqələrin genişləndirilməsi və humanitar əməkdaşlığın inkişafı üçün hərəkətverici platforma rolunu oynayır”. Həqiqətən də, 2009-cu ildə Naxçıvanda yaradılan Türk Dövlətləri Təşkilatı türk xalqları və ölkələri arasında əməkdaşlığın və həmrəyliyin möhkəmlənməsinə mühüm töhfələr verib. Keçən il Şuşada ilk qeyri-rəsmi Zirvə Görüşü, bu yaxınlarda isə Qəbələdə TDT Dövlət Başçıları Şurasının 12-ci Zirvə Görüşü keçirilib. Qazaxıstan Prezidenti də bu sammitdə iştirak etdi. Bu yüksəksəviyyəli görüşlərdə ölkələrimiz arasında təşkilat çərçivəsində əməkdaşlığın əsas məsələləri səmərəli şəkildə müzakirə edilib, Türk Dövlətləri Təşkilatının möhkəmlənməsinə, Türk dünyasının daha sıx birliyinə, onun siyasi, iqtisadi və hərbi gücünün artırılmasına, qlobal arenada güc mərkəzinə çevrilməsinə töhfə verən bəyannamələr imzalanıb. Təqdirlayiq haldır ki, təşkilat müstəvisində ölkələrimiz arasında mədəniyyət, humanitar və təhsil sahələrində əməkdaşlıq sistemli və ardıcıl xarakter daşıyır. Ölkələrimiz Beynəlxalq Türk Akademiyası, TÜRKSOY, Türk Mədəniyyəti və İrsi Fondu, TÜRKPA çərçivəsində də fəal əməkdaşlıq edir. Bütün bunlar iki qardaş ölkə arasında əməkdaşlığın daha da güclənməsinə böyük töhfələr verməkdədir”, - deyə YAP İdarə Heyətinin üzvü vurğulayıb.

Aysel Paşayeva

News Feed

Mədəniyyət Nazirliyində Türkmənistan nümayəndə heyəti ilə görüş keçirilib13.10.2025 - 13:20
Məktəblərdə ilkin tibbi yardım: Onlar kimə və necə öyrədilməlidir?05.10.2025 - 13:33
A teacher who made her students’ dreams come true: an inspiring step from Baliton village21.09.2025 - 08:40
Beynəlxalq Təhsil İcmalı - Sentyabr 202519.09.2025 - 16:20
Erkən yaşda xarici dil öyrənmənin faydaları17.09.2025 - 17:39
Çində təhsil alacaq BMU tələbələri Pekində09.09.2025 - 06:40
Məktəbəqədər uşaqların təbiətlə təmasda olması- açıq havada öyrənmənin faydaları05.09.2025 - 11:10
How accessible is entrepreneurship for students?04.09.2025 - 19:17
Winners of the "R.M. 90" programming contest awarded within the framework of the ICPC World Final04.09.2025 - 19:02
The role of industrial training in developing students’ practical skills04.09.2025 - 18:47
Employment opportunities for youth in the agricultural sector04.09.2025 - 18:32
The human brain produces enough energy to power a small light bulb04.09.2025 - 18:15
Azerbaijani cinema is represented with an Oscar-Nominated Film04.09.2025 - 18:00
Meeting with the German religious delegation at the State Committee04.09.2025 - 17:40
The benefits of temporary jobs for students04.09.2025 - 17:20
It was investigated that applicants engaged in sports have a strong memory02.09.2025 - 18:47
The historic al-Nuri Mosque in Mosul reopens after 8 years02.09.2025 - 18:28
Psychological support programs improved students’ performance02.09.2025 - 18:16
Research shows that students who maintain a regular sleep schedule are more productive02.09.2025 - 18:03
The anniversary of Uzeyir Hajibeyov, a great figure of Azerbaijani music has been celebrated02.09.2025 - 18:00
Festivals and exhibitions play an important role in personal development02.09.2025 - 17:45
Expansion of the dual education program through Azerbaijan–Germany cooperation02.09.2025 - 17:30
The main causes of aggression in adolescents and ways of prevention02.09.2025 - 17:15
University graduates’ entry into the job market30.08.2025 - 19:38
Shahmar Akbarzade – A distinguished figure of our national poetry30.08.2025 - 19:24
Which is better: a public university or a private university?30.08.2025 - 19:08
Promotion of vocational education and entrepreneurship30.08.2025 - 18:51
No one lives in these villages in Azerbaijan30.08.2025 - 18:36
Factors that weaken memory in children30.08.2025 - 18:18
How to cope with insomnia: 6 Tips30.08.2025 - 18:03
A documentary reflecting our national values was presented30.08.2025 - 17:47
The importance of internship programs30.08.2025 - 17:32
The next international achievement of AzTU’s Institute of Biomedical Engineering30.08.2025 - 17:17
Methods to memorize a large amount of information in a short time29.08.2025 - 19:52
The first ISO-certified school in India: Birla School at the pinnacle of education29.08.2025 - 19:36
Motivation and encouragement of students who excel in sports competitions29.08.2025 - 19:20
Forgetfulness in children29.08.2025 - 19:05
CUET increases women’s enrollment in universities, but additional support is needed29.08.2025 - 18:50
The Impact of music education in kindergartens on children’s development29.08.2025 - 18:30
TUSAŞ expressed its gratitude to two teams from AzTU29.08.2025 - 18:05
Health issues are prioritized in students’ exam preparation29.08.2025 - 17:45
Restoration work has begun on the historic “Madrasa” monument in Ordubad28.08.2025 - 19:36
A regional conference was held in Gazakh within the framework of the "Year of Constitution and Sovereignty" 28.08.2025 - 19:21
Azerbaijani journalists have been informed about the partnership between our country and NATO28.08.2025 - 19:07
Emil Afrasiyab in the “Our Cultural Homeland” project28.08.2025 - 18:52
Azerbaijani teachers achieved success at the international sports games held in Bulgaria28.08.2025 - 18:37
Azerbaijan's tourism opportunities have been promoted in Thailand28.08.2025 - 18:22
Master classes in football were held at the Absheron Olympic Sports Complex28.08.2025 - 18:07