“Tehsil365” ARTİ-yə istinadən xəbər verir ki,18-19 oktyabr tarixlərində Rumıniya Respublikası tərəfindən virtual şəkildə keçirilən müsabiqədə şagirdlərimiz uğurlar çıxış ediblər.
Belə ki, 10 ölkədən 120 iştirakçının qatıldığı müsabiqədə şagirdlərimiz 4 bürünc medal və 1 həvəsləndirici mükafat qazanıblar. Türkiyə Dəyanət Vəqfi liseyinin 10-cu sinif şagirdləri Atilla Mustafa və Ömər Əliməmmədzadə eləcə də, akademik Z. Əliyeva adına liseyin 10-cu sinif şagirdi Fateh Əhmədzadə, fizika, riyaziyyat və informatika təmayüllü liseyin 10-cu sinif şagirdi Əkbər Əhmədov bürünc medal, həmin liseyin 10-cu sinif şagirdi Elay Verdiyev isə həvəsləndirici mükafata layiq görülüblər.
İnformatika fənni üzrə beynəlxalq olimpiadalara hazırlıq prossesi “Azercell Telecom” şirkətinin dəstəyi ilə həyata keçirilir.
Azərbaycan Texniki Universitetinin rəhbərliyinə şagirdlərimizin müsabiqədə iştirak etməsi üçün şərait yaratdıqlarına görə təşəkkür edirik!