Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyi tərəfindən noyabrın 2-də IX -XI sinif şagirdləri üçün buraxılış imtahanları modelinə uyğun olaraq tədris ilinin ilk buraxılış qiymətləndirmə monitorinqi keçiriləcək.
“Tehsil365” "Azərbaycan müəllimi"nə istinadən xəbər verir ki, monitorinqdə 8 mindən artıq şagirdin iştirakı nəzərdə tutulur.
Monitorinq “Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına dair 2023–2027-ci illər üçün Dövlət Proqramı”na uyğun olaraq şagird nailiyyətlərinin mərkəzləşmiş qaydada monitorinqinin həyata keçirilməsi üçün Təhsil Nazirliyi tərəfindən yaradılan Monitorinq Mərkəzinin imkanlarından istifadə olunaraq təşkil ediləcək.
Şagirdlər monitorinqdə istifadə olunan mövzularla bağlı məlumatı IX siniflər siniflər üzrə https://l24.im/4e3Sk linkindən, XI siniflər üzrə isə https://l24.im/54DWhub linkindən tanış ola bilərlər.
Qeyd edək ki, qiymətləndirmə monitorinqində rayonlar üzrə ən yüksək nəticə göstərən şagirdlərimiz tərəfdaş şirkətlər tərəfindən mükafatlandırılacaq.

