Hər il olduğu kimi bu payızda da Yer planeti Halley kometasının arxasında qoyduğu toz və qaya qalıqları ilə toqquşur.
“Tehsil365” xəbər verir ki, bu barədə xarici media məlumat verib.
Bu toqquşma nəticəsində yaranan Orionid meteor axını 2025-ci ilin oktyabrın 20-si və 21-də ən yüksək nöqtəsinə çatacaq.
NASA-nın məlumatına görə, Orionidlər adını Orion bürcündən alır, çünki meteoritlərin çoxu sanki həmin istiqamətdən çıxırmış kimi görünür. Meteorlar saniyədə 66 kilometr sürətlə Yer atmosferinə daxil olur və bu səbəbdən parlaq, uzun izlər buraxır.
Bu ilki müşahidə üçün şərait xüsusilə əlverişlidir, çünki hadisə Yeni Ay dövrünə təsadüf edir bu da Ay işığının səmanı işıqlandırmaması deməkdir. Beləliklə, 20-dən çox meteorun saatda görünməsi ehtimal edilir.
Elm adamları izləmək üçün gecə yarısından sonra, şəhər işıqlarından uzaq açıq bir yer seçməyi məsləhət görürlər. Orion bürcü şərq səmasında, parlaq Betelgeuse ulduzunun yaxınlığında yerləşir.
Maraqlısı odur ki, bu il Orionid axını eyni zamanda iki kometlə Comet Lemmon və Comet San ilə birlikdə səma hadisəsi yaradacaq. Bu isə astronomiya həvəskarları üçün nadir və möhtəşəm mənzərə deməkdir.

