Təhsil 365 - Logo Mobile

BDU-da akademik Yusif Məmmədəliyevin 120 illik yubileyinə həsr olunmuş “Kimya üzrə elm müsabiqəsi” keçiriləcək

10822.10.2025 - 16:25
BDU-da akademik Yusif Məmmədəliyevin 120 illik yubileyinə həsr olunmuş “Kimya üzrə elm müsabiqəsi” keçiriləcək

Bakı Dövlət Universiteti Kimya elmi sahəsində tədqiqat aparan BDU-nun magistrant, doktorant və əməkdaşları arasında görkəmli alim və ictimai xadim, SSRİ Elmlər Akademiyasının müxbir üzvü, SSRİ Dövlət mükafatı laureatı, Əməkdar elm xadimi, kimya elmləri doktoru, akademik Yusif Məmmədəliyevin 120 illik yubileyinə həsr olunmuş “Kimya üzrə elm müsabiqəsi” elan edir.

“Tehsil365” xəbər verir ki, müsabiqənin məqsədi Kimya elm sahəsində tədqiqat aparan, 2025-ci ildə yüksək elmi nəticələrə nail olmuş, təsir (impakt) faktorlu, beynəlxalq bazalarda indekslənən nüfuzlu nəşrlərdə elmi əsərləri dərc edilmiş, elmi işlərinə istinad olunmuş, həmçinin yüksək elmi-təşkilati fəaliyyəti ilə fərqlənmiş BDU-nun magistrant, doktorant və əməkdaşlarının mükafatlandırılmasıdır.

Müsabiqənin qalibləri diplom və pul mükafatları ilə təltif edilirlər:

1-ci yer:

  • 1 nəfər (2 000 manat);

 2-ci yer:

  • 1 nəfər (1 500 manat);

 3-ci yer:

  • 1 nəfər (1 000 manat);

 Müsabiqədə iştirak etmək üçün tələblərin 2025-ci ildə dərc olunmuş elmi məqalələrinin ümumi sayı 3-dən az olmamalı, o cümlədən ən azı 2 məqalə “Web of Science” və/və ya “Scopus” bazalarına daxil olan jurnallarda dərc olunmalıdır.

Müsabiqəyə təqdim olunan iddia sənədləri:

  1. 2025-ci ildə dərc olunmuş məqalələrin əsli və/və ya surəti (PDF formatda, DOI və internet linki göstərilməklə);

  2. 2025-ci ildə dərc olunmuş monoqrafiya və kitablar, icmallar (əsli və/və ya surəti, PDF formatda);

  3. 2025-ci ildə alınmış ixtiralar, patentlər (surəti);

  4. Elmi işlərə 2025-ci ildə olunan istinadların sayı (müəllif(lər)in özünə istinadları istisna olmaqla) (H-indeksi, “Scopus”, “Web of Science” və “Google Scholar”  üzrə statistika (linklər göstərilməklə)); 

  5. Multidisiplinar və tətbiqi xarakterli elmi işlər (dəqiq əsaslandırılmaqla);

  6. Respublika və beynəlxalq səviyyəli elmi konfrans, simpozium və digər tədbirlərdə (o cümlədən, onlayn olmaqla) iştirak (adını və linkini dəqiq göstərməklə, elmi tədbirin proqramının və tezislərinin müvafiq hissələrinin surətlərini əlavə etməklə);

  7. Ölkədaxili və xarici qrantlar üzrə işlər (2025-ci ildə, dəqiq göstərilməklə);

  8. Dövlət Proqramlarının yerinə yetirilməsində iştirak (2025-ci ildə, dəqiq göstərilməklə);

  9. Dövlət təltifləri və ya mükafatları (2025-ci ildə, sənədlərin surətləri təqdim olunmaqla);

  10. 10. Respublika və xarici (“Web of Science”, “Scopus”, “ERIH PLUS”, “Philosopher's Index”, “Copernicus”, “Ulakbim”, “PsycINFO”, “EconLit” və digər nüfuzlu beynəlxalq bazalara daxil olan) elmi jurnallarda təmsilçilik (redaktor, redaktor müavini, məsul katib, redaksiya heyətinin üzvü – dəqiq göstərilməklə, internet linkləri əlavə olunmaqla);

  11. Kitab (nüfuzlu nəşriyyatlarda nəşr edilmiş) redaktoru və ya rəyçisi (əsli və ya ilk əsas səhifələrinin surətləri təqdim olunmaqla);

  12. Respublika və xaric ölkələrin nüfuzlu nəşriyyatlarında dərc olunmuş nəşrlərdə, həmçinin ölkədaxili və beynəlxalq layihələrdə resenzent fəaliyyəti (məqalələr, qrant layihələri və s.);

  13. Müdafiələrdə opponentlik fəaliyyəti (2025-ci ildə, dəqiq göstərilməklə);

  14. Elmi-təşkilati işlərlə bağlı (dissertasiya şurası, dissertasiya şurasının elmi seminarı və s. kimi digər) fəaliyyət (2025-ci ildə, dəqiq göstərilməklə);

  15. Respublika, regional və beynəlxalq elmi təşkilatlarda, cəmiyyətlərdə və ittifaqlarda üzvlük və ya rəhbərlik (dəqiq göstərilməklə, internet linkləri əlavə edilməklə).

Müsabiqənin keçirilmə müddəti:

1.  Müsabiqədə iştirak etmək üçün müvafiq sənədlər və digər müşayiətedici materiallar 2025-ci il 22 oktyabr tarixindən başlayaraq elektron formada və ya kağız şəklində qəbul olunur;

2.  Müsabiqədə iştirak etmək üçün müvafiq sənədlər və digər müşayiətedici materialların qəbulu üçün son tarix 2025-ci il 21 noyabr saat 17:00-dır.

Müsabiqəyə sənədlərin təqdim olunması:

1.  İddiaçılar müsabiqədə iştirakla bağlı hüquqi sənədləri və digər müşayiətedici materialları (elektron formada) [email protected] elektron poçt ünvanına təqdim etməlidirlər.

2.  Müsabiqədə yalnız BDU-nun magistrant, doktorant və əməkdaşları fərdi şəkildə iştirak edə bilərlər.

3.  Müsabiqə kollektiv mükafatlandırmanı nəzərdə tutmur, hər bir elmi əsər (məqalə və s.) müsabiqəyə yalnız bir iddiaçı tərəfindən təqdim oluna bilər və bunu həmmüəllif(lər)lə yazılı şəkildə razılaşdırmalı və bu, müsabiqə sənədlərinə əlavə edilməlidir.

4.  Müsabiqəyə təqdim olunan elmi iş (məqalə və s.) və digərləri (ixtira, patent) müəlliflər qrupu tərəfindən yerinə yetirilmişdirsə, Azərbaycan vətəndaşı olan və xarici həm-müəlliflərin müsabiqənin şərtləri və bu müsabiqədə iştirak haqqında tam məlumatlandırılması üzrə məsuliyyəti elmi işi müsabiqəyə təqdim edən iddiaçı daşıyır.

5.  Müsabiqədə mükafatlandırılan işlər 2025-ci ildə BDU üzrə elan ediləcək digər müsabiqələrə təqdim edilə bilməz.

Sənədlərin və digər müşayiətedici materialların düzgünlüyünə məsuliyyəti təqdim edən iddiaçı daşıyır. Müsabiqənin keçirilməsi qaydaları və müddəti çərçivəsindən kənar təqdim olunan sənədlər müsabiqənin texniki ekspertiza mərhələsindən keçmir və əsas ekspertiza mərhələsinə buraxılmır. Müsabiqəyə kağız formada təqdim edilmiş sənədlər bir qayda olaraq geri qaytarılmır. Müsabiqədə iştirak məqsədilə, o cümlədən ekspertiza mərhələsində düzgün olmayan sənəd, imza və məlumatların təqdim olunması iddiaçının bu müsabiqədən və gələcəkdə keçiriləcək müsabiqələrdən kənarlaşdırılmasına əsas yaradır.

Əlavə məlumat üçün:

Tel: (+994 12) 510 59 77

(+994 12) 539 64 58

E-mail: [email protected]

Əli İbrahimov

News Feed

Məktəbəqədər və ümumi təhsil üzrə ictimai dinləmə keçirilib31.10.2025 - 17:30
Mədəniyyət Nazirliyində Türkmənistan nümayəndə heyəti ilə görüş keçirilib13.10.2025 - 13:20
Məktəblərdə ilkin tibbi yardım: Onlar kimə və necə öyrədilməlidir?05.10.2025 - 13:33
A teacher who made her students’ dreams come true: an inspiring step from Baliton village21.09.2025 - 08:40
Beynəlxalq Təhsil İcmalı - Sentyabr 202519.09.2025 - 16:20
Erkən yaşda xarici dil öyrənmənin faydaları17.09.2025 - 17:39
Çində təhsil alacaq BMU tələbələri Pekində09.09.2025 - 06:40
Məktəbəqədər uşaqların təbiətlə təmasda olması- açıq havada öyrənmənin faydaları05.09.2025 - 11:10
How accessible is entrepreneurship for students?04.09.2025 - 19:17
Winners of the "R.M. 90" programming contest awarded within the framework of the ICPC World Final04.09.2025 - 19:02
The role of industrial training in developing students’ practical skills04.09.2025 - 18:47
Employment opportunities for youth in the agricultural sector04.09.2025 - 18:32
The human brain produces enough energy to power a small light bulb04.09.2025 - 18:15
Azerbaijani cinema is represented with an Oscar-Nominated Film04.09.2025 - 18:00
Meeting with the German religious delegation at the State Committee04.09.2025 - 17:40
The benefits of temporary jobs for students04.09.2025 - 17:20
It was investigated that applicants engaged in sports have a strong memory02.09.2025 - 18:47
The historic al-Nuri Mosque in Mosul reopens after 8 years02.09.2025 - 18:28
Psychological support programs improved students’ performance02.09.2025 - 18:16
Research shows that students who maintain a regular sleep schedule are more productive02.09.2025 - 18:03
The anniversary of Uzeyir Hajibeyov, a great figure of Azerbaijani music has been celebrated02.09.2025 - 18:00
Festivals and exhibitions play an important role in personal development02.09.2025 - 17:45
Expansion of the dual education program through Azerbaijan–Germany cooperation02.09.2025 - 17:30
The main causes of aggression in adolescents and ways of prevention02.09.2025 - 17:15
University graduates’ entry into the job market30.08.2025 - 19:38
Shahmar Akbarzade – A distinguished figure of our national poetry30.08.2025 - 19:24
Which is better: a public university or a private university?30.08.2025 - 19:08
Promotion of vocational education and entrepreneurship30.08.2025 - 18:51
No one lives in these villages in Azerbaijan30.08.2025 - 18:36
Factors that weaken memory in children30.08.2025 - 18:18
How to cope with insomnia: 6 Tips30.08.2025 - 18:03
A documentary reflecting our national values was presented30.08.2025 - 17:47
The importance of internship programs30.08.2025 - 17:32
The next international achievement of AzTU’s Institute of Biomedical Engineering30.08.2025 - 17:17
Methods to memorize a large amount of information in a short time29.08.2025 - 19:52
The first ISO-certified school in India: Birla School at the pinnacle of education29.08.2025 - 19:36
Motivation and encouragement of students who excel in sports competitions29.08.2025 - 19:20
Forgetfulness in children29.08.2025 - 19:05
CUET increases women’s enrollment in universities, but additional support is needed29.08.2025 - 18:50
The Impact of music education in kindergartens on children’s development29.08.2025 - 18:30
TUSAŞ expressed its gratitude to two teams from AzTU29.08.2025 - 18:05
Health issues are prioritized in students’ exam preparation29.08.2025 - 17:45
Restoration work has begun on the historic “Madrasa” monument in Ordubad28.08.2025 - 19:36
A regional conference was held in Gazakh within the framework of the "Year of Constitution and Sovereignty" 28.08.2025 - 19:21
Azerbaijani journalists have been informed about the partnership between our country and NATO28.08.2025 - 19:07
Emil Afrasiyab in the “Our Cultural Homeland” project28.08.2025 - 18:52
Azerbaijani teachers achieved success at the international sports games held in Bulgaria28.08.2025 - 18:37
Azerbaijan's tourism opportunities have been promoted in Thailand28.08.2025 - 18:22